Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən

Hit: 572
Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən
3 iyun, 19:00-da, Heydər Əliyev Mərkəzinin parkında ölkənin ən böyük və həyəcanlı rəqs yarışı olan Red Bull Dance Your Style keçiriləcək.
 
Küçə rəqsləri tərzində çıxış edən edən 16 rəqqas meydanda təkbətək mübarizə aparaq ən yaxşı olmağa can atacaq. Meydanı həyəcanlı edən məqam isə, rəqqasların DJ tərəfindən səsləndiriləcək musiqilərdən xəbəri olmaması və improvizasiya etmələridir.
 
Red Bull Dance Your Style çox unikal bir yarışdır. Çünki burada tamaşaçılar qalibi seçir. Qırmızı və göy rənglər olmaqla iki hissəyə bölünən rəqs meydanında iştirakçılar da göy və qırmızı rənglər altında çıxış edəcək. Səs vermək üçün tamaşaçılara bir tərəfi qırmızı, digər tərəfi isə göy rəngdə olan kartlar paylanılacaq. “Battle” formatında mübarizə aparan rəqqaslardan hər hansı birini bəyənən tamaşaçı rəqqasın rəngində olan kartın tərəfini qaldırıraq onun lehinə səs vermiş olacaq.
 
Gənclər tərəfindən sevilən Hiss və Orxan Zeynallı məhz Red Bull Dance Your Style üçün trek hazırlayaraq meydanda bir-birinə qarşı çıxış edəcək. Tamaşaçılar onlar arasından da “Queen of the night” və ya “King of the night” seçəcək. Həmçinin reper A.T Xtkr da hazırladığı xüsusi treki ilə meydana daha da həyəcan qatacaq.
 
Red Bull Dance Your Style müxtəlif küçə üslublu rəqslərin nümayiş olunduğu beynəlxalq rəqs yarışmasıdır. Azərbaycandan seçilən ən yaxşı rəqqas Frankfurtda keçiriləcək qlobal finalda ölkəmizi təmsil etmək şansı qazanacaq.
 
Red Bull Dance Your Style tədbirində iştirak et və səs ver. Qalibi sən seçəcəksən.
 
Tədbirin rəsmi tərəfdaşı Bank VTB Azərbaycan.
 
Giriş sərbəstdir!
 
Daha ətraflı: REDBULL.AZ/DYS2023








Redaktorun seçimi