Neftçalada taxıl biçini sürətlə davam edir - FOTOLAR

Hit: 390
Neftçalada taxıl biçini sürətlə davam edir - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xəzərkənd inzibati ərazisində taxıl sahəsində biçinin gedişi ilə tanış olub. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rayon İcra Hakimiyyətinin başçısına rayon ərazisində aparılan taxıl biçini haqqında ümumi məlumat verib. Neftçala RİH-in başçısı ərazidə olan fermerlərlə görüşüb. Fermerlərlə söhbət edən Neftçala RİH-in başçısı onları maraqlandıran sualları cavablandırıb və fermerləri narahat edən məsələlər müzakirə olunub, fermerlərin fikirləri öyrənilib.
 
Məlumat üçün qeyd edək ki, Neftçala rayonu Respublika üzrə ən çox arpa əkini aparılan rayonlardan biridir.⠀ Bu günədək rayon üzrə 27050 hektar arpa sahəsinin 1500 hektarında biçin həyata keçirilib və sahələrdən 19500 ton arpa yığılıb.⠀
 
Arpa biçininə 115 kombayn cəlb olunub ki, bunun 31 ədədi "Aqrolizinq" ASC-nin, 24 ədədi fərdi mülkiyyətçilərin , 60 ədədi isə "Aqrolizinq" xətti ilə digər rayonlardan dislokasiya olunan kombaynlardır.⠀ Neftçala rayonunda ümumi 33720 hektar taxıl əkini aparılıb ki, bundan 6670 hektarı buğda, 27050 hektarı isə arpadır. Buğda sahələrinin biçininə isə iyun ayının ortalarından kütləvi şəkildə başlanacaqdır.
1
1
1
1
1
1








Redaktorun seçimi