Agrostar şirkəti ilə Azchemco arasında yeni əməkdaşlıq!

Hit: 512
Agrostar şirkəti ilə Azchemco arasında yeni əməkdaşlıq!
Agrostar şirkəti Azərbaycanda suda həll olunan gübrələrin ilk istehsalçısı olan AZCHEMCO şirkəti ilə əməkdaşlığa başlayıb. İki şirkət arasında əldə olunan razılığa əsasən AZCHEMCO tərəfindən məhsulların tanıtımı, müxtəlif təlimlərin keçirilməsi həyata keçiriləcəkdir. 
 
Artıq Agrostar şirkətinin region nümayəndələri üçün təlim kursları başlayıb. Məhsulun düzgün tanıtımı və satışı ilə bağlı AZCHEMCO şirkəti tərəfindən təqdimatlar edilib. 
 
Qeyd edək ki, hazırda "AgroStar Azerbaijan" şirkətinin ölkənin 40-dan çox bölgəsində nümayəndəliyi fəaliyyət göstərir. Şirkətin əsas məqsədi bölgə fermerlərini dinamik inkişaf edən müasir kənd təsərrüfatının müxtəlif sahələri ilə ayaqlaşmasını o cümlədən kənd təsərrüfatı məhsullarına əlçatanlığı təmin etməkdir.
 
Məlumat üçün bildirək ki,  maye mineral gübrələrin, kompleks suda həll olunan gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan AZCHEMCO 2020-ci ildən fəaliyyət göstərir. AZCHEMCO MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsaslanaraq dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahələrində layihələr həyata keçirir.








Redaktorun seçimi