Bu sərgini görmədən ev almayın! - VİDEO

Hit: 1721
Bu sərgini görmədən ev almayın! - VİDEO

Azərbaycanın ilk və ən uzunömürlü sərgisi yenidən Bakıda!

Mayın 19 və 20-də “Baku Crystal Hall”da növbəti “ReExpo” Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya” sərgisi təşkil ediləcək. Sərgidə Azərbaycan, Türkiyə, Monteneqro, Kipr Gürcüstan, Yunanıstan və  BƏƏ olmaqla 7 ölkədən 300-dən çox nüfuzlu daşınmaz əmlak layihəsi yer alacaq. Sərginin rəsmi tərəfdaşları sırasında Əmlak Məsələləri Dövlət Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) var.
 
İki günlük sərgidə Azərbaycanın və dünyanın aparıcı daşınmaz əmlak, tikinti sektorunun kifayət qədər nüfuzlu, həm də aparıcı şirkətləri bir araya gələcəklər. Evlər, villalar, mənzillər, rezidenslər, ofislər, biznes mərkəzləri və s. kimi bir çox beynəlxalq layihələrin rəsmi nümayəndələri  alıcılarla məhz “ReExpo Azərbaycanda” görüşəcəklər. Hər dəfə olduğu kimi, bu il də ziyarətçilərlə dolu olacağı gözlənilən “ReExpo” Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya” sərgisində tanınmış iş adamları, ictimai xadimlər, aparıcı media təşkilatlarının iştirakı da gerçəkləşəcək.
 
Ümumiyyətlə bu sərgi Bakıda daşınmaz əmlak sektorunu formalaşdıran ən mühüm peşəkar tədbirlərdən biri hesab olunur. Uzun və uğurlu tarixə malik olmaqla yanaşı investorlar tərəfindən regionun ən köklü və etibarlı peşəkar görüş nöqtəsi kimi tanınır.
Sərgiyə gələcək ziyarətçilər üçün özəl endirimlər və  sürpriz hədiyyələr olacaq. Bu isə o deməkdir ki, hər bir kəs bu füsrətlərdən yararlanıb arzuladığı evə sahib ola biləcək. Ziyarətçilər üçün giriş sərbəstdir və sərgi günü onlar üçün ödənişsiz nəqliyyat təşkil ediləcək.
 
Daha ətraflı məlumat üçün www.irexpo.net saytına daxil ola bilərsiniz. 
 








Redaktorun seçimi