Çəltikçilik üzrə növbəti əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Hit: 567
Çəltikçilik üzrə növbəti əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Rusiya Dövlət Aqrar Universiteti arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.
 
Anlaşma memorandumunu ƏETİ tərəfindən direktor Faiq Xudayev, Rusiya Dövlət Aqrar Universiteti tərəfindən isə rektor Vladimir Truxaçov imzalayıblar.
 
Memorandum tərəflər arasında torpaqşünaslıq, bitkiçilik və toxumçuluq, seleksiya və genetika, ekologiya sahəsində təcrübə və elmi materialın mübadiləsinin həyata keçirilməsinə, müxtəlif elmi tədbirlər-seminar və konfransların təşkil olunmasına, gənc mütəxəssislərin peşəkar-təcrübi vərdişlərinin artırılmasına yönəlib.
 
Memorandumun imzalanmasında əsas məqsəd qlobal iqlim dəyişikliyi fonunda xarici nümunələrlə yanaşı yerli şəraitə adaptiv genlərə malik Azərbaycan mənşəli qədim çəltik sortlarının repatrasiya olunaraq, Genofond kolleksiyasına daxil edilməsi və seleksiya proqramında istifadəsinin təmin edilməsindən ibarətdir.
 
Onu da qeyd edək ki, Rusiya Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən “Torpaq aqronomluq” muzeyində saxlanılan, Rusiyalı torpaqşünas V.R.Vilyams tərəfindən keçmiş Sovetlər dönəmində müxtəlif illərdə Azərbaycan ərazisində aparılmış ekspedisiya zamanı toplanan 27 ədəd yerli, nadir çəltik sortlarının toxumu, onların populyasiyalarının strukturu haqqında və digər müvafiq statistik məlumatların əldə edilməsi də razılaşdırılıb.
 
Eyni zamanda, memorandum beynəlxalq və yerli qrantlarda iştirak istiqamətində elmi və mədəni əməkdaşlığın təmin edilməsi imkanlarını da özündə ehtiva edir.
1
1
1








Redaktorun seçimi