“Azərenerji” ilk dəfə ən böyük ixracatçı seçilib

Hit: 495
“Azərenerji” ilk dəfə ən böyük ixracatçı seçilib
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracatçısı “Azərenerji” ASC olub.
 
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.
 
Sənədə əsasən, daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “ASK Tütün” MMC, “Şəki Şərab” MMC, “Azəripək” MMC.
 
2023-cü ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə ilk onluqda aşağıdakı hüquqi və fiziki şəxslərin siyahısı belədir. “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “Rose Servis” MMC.








Redaktorun seçimi