“Aqrokadr.az” portalında 100-dən çox yeni vakansiya dərc edilib

Hit: 477
“Aqrokadr.az” portalında 100-dən çox yeni vakansiya dərc edilib
Azərbaycanda aqrar sektorda insan resurslarının inkişafı, kənd təsərrüfatı üzrə potensiallı mütəxəssislərin işəgötürənlərlə faydalı kommunikasiyasının yaradılması, vakansiyalara əlçatanlığın artırılması və işəgötürənlərin işçi axtarışlarının stimullaşdırılmasına dəstək olmaq məqsədilə yaradılan www.aqrokadr.az karyera portalında dövlət və özəl müəssisələrə aid 100-dən çox yeni vakansiya dərc edilib.
 
“MKT Cotton MMC”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna aid heyvandarlıq, maliyyə, sürücü-mexanik, entimoloq, biznes proseslərinin idarə olunması üzrə mütəxəssis və digər yeni iş elanları karyera portalında yayımlanıb.
 
İşaxtaranlar “aqrokadr.az” portalında fərdi şəxs kimi qeydiyyatdan keçərək vakansiyalara sayt üzərindən birbaşa müraciət edə bilərlər. Müraciətçilər işəgötürənlər tərəfindən fərdi seçim əsasında müsahibələrə dəvət ediləcəklər.
 
Məlumat üçün qeyd edək ki, Aqrokadr.az Karyera Portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 16.08.2021 tarixində ictimaiyyətə təqdim edilib. Portal insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı məşğulluğun müasir çağırışlara uyğunluğuna dəstəyi hədəfləyir.








Redaktorun seçimi