Bakıdan Şarm əş-Şeyx şəhərinə birbaşa reys açılır

Hit: 549
Bakıdan Şarm əş-Şeyx şəhərinə birbaşa reys açılır
“Azərbaycan Hava Yolları” QSC “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin icrasına başlayacaq.
 
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
 
Martın 17-dən etibarən Bakıdan Şarm əş-Şeyxə uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.
 
Şarm əş-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.
 
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.









Redaktorun seçimi