“Peşəkar sürücü-səriştə turniri” keçirilib

Hit: 685
“Peşəkar sürücü-səriştə turniri” keçirilib
Dövlət Gömrük Komitəsində işləyən sürücülər arasında “Peşəkar sürücü-səriştə turniri” keçirilib.
 
Turnirin məqsədi sürücülərin peşəkarlıq səviyyəsinin ölçülməsi, kollektivin gündəlik iş fəaliyyətinin təşkilində mühüm rol oynayan çətin və məsuliyyətli peşə sahiblərinin əməyinə diqqət göstərilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsidir.
 
Turnir yol hərəkəti qaydalarına riayət olunma, nəqliyyat vasitəsinin düzgün istismarı və sürücülük təcrübəsinin nümayiş etdirilməsi üçün test yürüşü mərhələlərindən ibarət olub.  
 
Turnirin son mərhələsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində keçirilib və qiymətləndirmə mərkəzin mütəxəssisləri tərəfindən aparılıb.
 
Baba Məlikov 1-ci, Tahir Ələkbərov 2-ci, İntiqam İsmayılov 3-cü yerə layiq görülüblər.
 
Mükafatlandırma mərasimində Komitə rəhbərliyi adından turnirin təşkil olunmasında göstərilən dəstəyə görə Bakı şəhər İcra Hakimiyyətinə, Bakı Nəqliyyat Agentliyinə təşəkkür edilib.








Redaktorun seçimi