Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib

Hit: 340
Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
 
Martın 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
 
DGK sədri qəbuldan öncə Neftçala şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
 
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
Sonra Dövlət Gömrük Komitəsinin nümayəndələri ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına da qatılıblar.








Redaktorun seçimi