BDU-nun dosenti Zahid Hacıyev vəfat edib

Hit: 387
BDU-nun dosenti Zahid Hacıyev vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib. 
 
Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-cü ildə anadan olub. 1966-1969-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-1973-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə dosent elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosent vəzifəsində işləyib.
 
Allah rəhmət eləsin!








Redaktorun seçimi