İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək

Hit: 363
İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov martın 9-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
 
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-351-38-44) müraciət edə bilərlər.
 
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
 
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.








Redaktorun seçimi