Supertoysdan uşaqlara bayram hədiyyəsi

Hit: 652
Supertoysdan uşaqlara bayram hədiyyəsi
“Supertoys uşaq oyuncaqları” mağazalar şəbəkəsi uşaqları sevindirməkdə davam edir. Belə ki, şirkət təşəbbüs göstərərək uşaqlar üçün bayram hədiyyəsi hazırlayıb. Mart ayında müxtəlif zamanlarda fərqli filiallarda uşaqlar üçün pulsuz əyləncə tədbirləri həyata keçiriləcək.
 
Şirkətin direktor müavini Səidə Fətullazadə  bildirdi ki, “şirkətimizin əsas məqsədi bütün uşaqları xoşbəxt etməkdir. Bunun üçün dünyanın müxtəlif ölkələrindən keyfiyyətli və maraqlı oyuncaq məhsulları gətirməkdən əlavə uşaqlara xoşbəxt anlar da yaşatmaq istəyirik. Bilirik ki, bayramlarda valideynlər uşaqları əyləndirmək üçün müxtəlif tədbirlərə aparmaq istəyirlər. Lakin bu tədbirlərdə iştirak üçün müəyyən maddi xərcə ehtiyac olur və bunu bütün ailələr qarşılaya bilmirlər. Həmçinin bəzən uşaq əyləncəsinə ayrılan vəsaitə əlavə xərc kimi baxılır.
 
Bütün bunları nəzərə alaraq uşaqlar üçün bütün tədbirlərimizi ödənişsiz etdik. Tək bizim müştərilər yox, bütün uşaqlar bu tədbirlərdə iştirak edib əylənə bilərlər.”
 
Mart ayında uşaqlar üçün həyata keçiriləcək ödənişsiz tədbirlərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz.
 
5 mart 14:00-19:00  - 8 marta özəl
Qarayev filialı
Gənclik filialı
Xırdalan filialı
Badamdar filialı
Face art, Lol, Cocomelon  animator şou.
 
7 mart 16:00 -  Yel çərşənbəsi
Mərdəkan filialı
Kosa Keçəl oyunu, Canlı musiqi, Yumurta döyüşü, Müxtəlif hədiyyələr
 
11 mart - Kukla teatrı ilə tamaşa
Əhmədli filialı
“Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası, Kosa Keçəl oyunu
 
14 mart 16:00 - Torpaq çərşənbəsi
Hövsan filialı
Tık tık xanım, Cırtdan, Lol, Cocomelon, Spiderman, Batman, Superman, Dovşan, Paw Patrol animatorlar şousu, Yumurta döyüşü, müxtlif oyunlar.
 
Tədbirlər haqqında ətraflı məlumat üçün *4044 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
 
Tədbirlərimiz tezliklə ucqar kəndlərdə də davam edəcək.








Redaktorun seçimi