"Palmali Holding"in daha bir gəmisi dünya sularına buraxılacaq

Hit: 519
"Palmali Holding"in daha bir gəmisi dünya sularına buraxılacaq
Şəhid pilot Xəyyam Əliyevin adının verildiyi gəmi sabah dünya sularına buraxılacaq.
 
Gəmi Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsindən yola salınacaq. 
 
Mərasimdə iştirak etmək üçün şəhid  Xəyyam Əliyevin ailə üzvləri İstanbula dəvət olunub. Onlar sabah "Palmali Holding"in prezidenti Mübariz Mənsimovun qonağı olacaqlar. 
 
Qeyd edək ki, pilot Xəyyam Əliyev 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğraması nəticəsində şəhid olub.
 
Xatırladaq ki, bir müddət öncə Mübariz Mənsimov şəhid pilot, kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyevlə görüşmüşdü. Görüş zamanı Əlixan Əliyev oğlunun adını dəniz sularında yaşatmaq arzusunu ifadə etmişdi. Mübariz Mənsimov da öz növbəsində növbəti gəmiyə Xəyyamın adının veriləcəyi barədə təlimat vermişdi.








Redaktorun seçimi