Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin müsahibə mərhələsi başlayır

Hit: 603
Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin müsahibə mərhələsi başlayır
2023-cü il 2 mart tarixindən etibarən Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində xidmətə qəbulla əlaqədar elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlanacaq.  
 
Müsahibələrin keçirilmə tarixi və vaxtı barədə Komitənin rəsmi internet səhifəsində (www.customs.gov.az) “Komitə” bölməsinin “Xidmətə qəbul” alt bölməsində yerləşdirilmiş “Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsahibələrin keçirilmə qrafiki və nəticələri” başlıqlı fayldan (PDF) məlumat almaq mümkündür.
 
Müsahibə qrafiki üzrə digər namizədlərin müsahibə tarixi və vaxtı barədə məlumatlar əlavə olunacaq.
 
Müsahibələrin şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsini təmin etmək məqsədilə namizədin razılığı ilə videoçəkiliş aparılacaq.
 
Müsahibəyə gələn namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.








Redaktorun seçimi