Mövsümlük texniklara 20% endirim!

Hit: 461
Mövsümlük texniklara 20% endirim!
Hər il olduğu kimi bu il 2023-cü ilin başlanğıcında  “Aqroservis” ASC ənənəyə sadiq qalaraq mövsüm öncəsi müvafiq texnikaların satışında endirim kampaniyasına start verdi. Cəmiyyəti bu dəfə isə qarşıdan gələn ot biçimi mövsümü ilə əlaqədar olaraq, iki növdə otbiçən texnikasına xüsusi endirim etdi.
 
Mövsüm öncəsi bu kimi endirimlər “Aqroservis” ASC tərəfindən hər il fermerlərə təklif edilir. Endirimlərin edilməsində əsas məqsəd müxtəlif mövsümlərdə fermerlərin vəsaitlərinə qənaət edilməsi, yeni innovativ texnikalara əlçatanlığın təmin edilməsi, həmçinin rəqabət qabiliyyətli bazarın formalaşması, qiymətlərin süni şəkildə artımının qarşısının alınması, aqrar sahədə innovativ texnika və texnologiyaların təşviq və tətbiq edilməsi ilə bağlı olaraq mütəmadi şəkildə ölkədə yeni, müxtəlif çeşidli və müasir tipli texnikaların satışını təmin etməkdir.
 
Hazırda endirim edilən ot biçən texnikaları rotorlu sadə və hidravlik olmaqla iki növdədir. Texnikaların istehsal edildiyi ölkə Türkiyə, məhsuldarlığı saatda 2-3 saat, işçi en götürümü 185 sm.
 
Hazırda Cəmiyyətin Şirvan, Ucar, Gəncə və Xaçmaz təchizat bazalarında mövcud olan texnikaların müvəkkil kredit təşkilatları vasitəsilə lizinqi və ya nəğd satışı həyata keçirilməkdədir. Qaydanın tələblərinə əsasən kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi zamanı tələb olunan ilkin ödəniş texnikanın dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir. İdxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bu məqsədlə Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə təchizatçıya ödənilir. Texnikanın dəyərinin qalan hissəsi müvəkkil kredit təşkilatları tərəfindən kreditləşdirilir və kreditləşmə məbləğinə tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.
 
Fermerlər endirim və digər texnikalarla bağlı ətraflı məlumat almaq üçün 1659 Satış mərkəzinə müraciət edə bilərlər.








Redaktorun seçimi