Yango -dan Türkiyəyə dəstək

Hit: 431
Yango -dan Türkiyəyə dəstək
Yango Türkiyədə zərər çəkənlər üçün toplama məntəqələrinə əşyaların daşınmasına kömək edəcək
 
Bakıda Türkiyədə zəlzələdən zərər çəkənlərə ilkin yardımın göstərilməsi məntəqəsi açılıb. Şəhər sakinləri fəal şəkildə Heydər Əliyev adına İdman-Konsert Kompleksinə (Abbas Səxhət küçəsi 2) əşyalar gətirirlər. İlk növbədə ədyal, qış paltarı, çadır, yataq çantaları, qızdırıcılar və portativ şarj cihazları (powerbank) tələb olunur.
 
Fevralın 9-dan 12-dək səfərin dəyərinin 1%-i məbləğində simvolik ödəniş etməklə qəbul məntəqəsinə gəlmək mümkündür. Bununla yanaşı sürücülər ödənişi tam alırlar, bütün xərclər xidmət tərəfindən ödənilir. Tətbiqdə sifariş şəhərin və bölgənin istənilən yerindən edilə bilər.
 
“Biz bu dəhşətli faciədə zərər çəkənlərin hamısına dərin hüznlə başsağlığı verir və onlarla həmrəy olduğumuzu bildiririk. Bakı sakinləri kömək etmək üçün birləşiblər – son nöqtəsi məhz qəbul məntəqəsinin yaxınlığı olan çoxlu sayda sifarişlər görürük. Nəqliyyat xərclərini kompensasiya etməklə biz yardımı daha da əlçatan etməyə və daha çox insanı bu təşəbbüsə qoşulmağa ruhlandırmağa ümid edirik”, - deyə Yango-nun mətbuat xidmətindən bildiriblər.








Redaktorun seçimi