POCO X seriyasının yeni əlamətdar modellərini təqdim edir: - POCO X5 Pro 5G və POCO X5 5G - FOTOLAR

Hit: 647
POCO X seriyasının yeni əlamətdar modellərini təqdim edir: - POCO X5 Pro 5G və POCO X5 5G - FOTOLAR

POCO X5 Pro 5G ilə üstünlüyün sirrini açın və orta sinifli POCO X5 5G ilə ehtiyacınız olan hər şeyin düzgün balansından həzz alın.

Gənc texnologiya həvəskarları arasında məşhur texnologiya markası olan POCO əyləncəni sevən və digərlərindən fərqli yeni telefon axtarışında olanlar üçün iki yeni smartfon təqdim edir. Şirkət bu il beşinci ildönümünü qeyd edir və POCO X5 Pro 5G və POCO X5 5G brend üçün əlamətdar cihazlardır. Smartfonlar bütün dünyada texnologiya həvəskarlarını sevindirəcək yeni möhtəşəm funksiyalarla təchiz olunub. POCO X5 Pro 5G-nin fərqli xüsusiyyətləri arasında təkmilləşdirilmiş kamera funksiyaları, daha yüksək emal sürəti və inanılmaz ekran var. Bununla yanaşı, POCO X5 5G, orta qiymətli telefonlar üçün yeni standart təyin edən əla ekran, yüksək məhsuldarlıq və tutumlu batareya ilə inanılmaz dərəcədə yaxşı təchiz edilmiş smartfondur.
 
POCO-nun X seriyalı modelləri bir-birinin ardınca inanılmaz funksionallığı ilə gənc texnologiya həvəskarlarını fəth etdi. Brend pərəstişkarlarının hər bir məhsulla bağlı istəklərini ətraflı öyrənir və 2023-cü ilin POCO X5 seriyası gənc istehlakçıların və məzmun yaradıcılarının ehtiyaclarını ödəmək və gözləntilərini üstələmək üçün dizayn edilərək hazırlanıb.
 
“POCO X5 Pro 5G, fikrimizcə, 300 dollarlıq seqmentdə bestseller olmaq üçün bütün şanslara malikdir” deyə POCO Global-ın məhsul marketinqi şöbəsinin rəhbəri Anqus Nq bildirib: “Mükəmməl ekranı və məhsuldarlığı ilə POCO X5 5G həm də təsiredici pul və keyfiyyət nisbətini və 200 dollardan aşağı smartfon üçün ən yaxşı istifadəçi imkanlarını təmin edir”.
 
POCO X5 Pro 5G: əla displey və qabaqcıl kamera imkanlarının qalib kombinasiyası
 
POCO X5 Pro 5G, X seriyasında ilk dəfə heyrətamiz 6,67 düymlük Flow AMOLED çevik ekranla təchiz edilib. Bu texnologiya POCO X5 Pro 5G-ni yüngül və nazik edir. Cəmi 7,9 mm nazikliyi ilə bu, oyun oynayarkən və ya məzmun yaradarkən əldə rahat tutmaq üçün ən nazik X seriyalı cihazdır. Fərqi yoxdur, video çəkirsiniz, sosial şəbəkələrdə lentinizi çevirirsiniz və yaxud da oyun oynayırsınız, qabaqcıl 120 Hz yeniləmə tezliyi parlaq, zəngin və olduqca hamar görüntünü təmin edir. Şəkillər və videolar 100% DCI-P3 və 10 bit rəng dərinliyi sayəsində canlanır, Dolby Vision isə baxış təəssüratlarını daha da yaxşılaşdırır.
 
Özünüzlə istənilən yerə apara biləcəyiniz POCO X5 Pro 5G zəif işıqda görmə qabiliyyətini qorumaq üçün 1920 Hz tutqunlaşdırma funksiyasına malikdir. Gecə gec saatlarda ilham tapanlar üçün əla funksiyadır. POCO X5 Pro 5G-də qabaqcıl TSMC (6 nm) texprosessoru ilə təchiz edilmiş güclü və həssas Snapdragon® 778G 5G çipseti AnTuTu-da 545 093 bal əldə etdi ki, bu da yaxınlarda buraxılmış MediaTek Dimensity 1080-dən daha yüksəkdir. Snapdragon® 778G 5G çipseti enerji səmərəliliyinin və yüksək performansın əla balansını təmin edir ki, bu da kameranın məlumat emal sisteminin əvvəlki modeldən daha sürətli işləməsinə imkan verir. POCO X5 Pro 5G : parametrləri quraşdırma (41%), fotoçəkilişlər (69%) və gecə rejimi üçün (38%). Eyni zamanda, görüntü emal prosessoru (ISP) saniyədə iki gigapikseli emal etməyə imkan verir və çipset süni intellektin məhsuldarlığı sayəsində kameranızı 12 TOPS-a qədər daha ağıllı edir.
 
108 Mp flaqman sensoru sizə ultra yüksək keyfiyyətə malik peşəkar səviyyəli fotoşəkillər çəkməyə, hətta qaranlıq məkanlarda belə ən incə detalları və rəngləri çəkməyə imkan verir. POCO X5 Pro 5G həmçinin 4K formatlı video çəkilişini dəstəkləməklə yanaşı, vlog yaratmağı daha da asanlaşdıran, daha maraqlı edən və hər parlaq anı tutmağa imkan verən müxtəlif rejimləri təmin edir.
POCO X5 Pro 5G 5000 mAh tutumlu batareyası sayəsində 5,5 saatdan çox 4K formatlı çəkiliş aparmağa imkan verir ki, bu da hər zaman hərəkətdə olan video yaradıcıları üçün müqayisəolunmaz bir üstünlükdür. İndi onlar enerji sərf etməkdən narahat olmadan bütün günü yayıma və ya video çəkilişlərə davam edə bilərlər. 67 Vt gücündə turbo şarj ilə isə cəmi 7 dəqiqə ərzində batareyanızı tez bir zamanda 30%-ə çatdırmaq üçün sadə kofe fasiləsi verməyiniz kifayətdir.
 
POCO X5 5G: fantastik imkanlar üçün lazım olan hər şey
 
POCO X5 5G orta sinif smartfonlarla bağlı təsəvvürləri yenidən müəyyənləşdirir və gənc istifadəçilərə gün ərzində işləmək, öyrənmək və əylənmək üçün lazım olan hər şeyə malikdir. İstər yüzlərlə şəkil çəkirsiniz, istər saatlarla oyun oynayırsınız, istərsə də yüksək dəqiqlikli videolara baxırsınız, smartfon sizə gecə və gündüz əlaqədə olmağa imkan verəcək. Olduqca yüngül, nazik 6,67 düymlük AMOLED DotDisplay və cəmi 189 qram ağırlığında, POCO X5 5G həmişə rahat hiss olunur. Oyun həvəskarları 120 Hz yeniləmə tezliyini və 4.500.000:1 kontrast nisbətini yüksək qiymətləndirəcəklər. Bütün bunlar axıcı real oyunu təmin edir, DCI-P3 geniş rəng qamması isə vizual zövq üçün şəkilləri canlandırır.
 
POCO 5X 5G rahat istifadəni təmin edən Snapdragon® 695 çipset ilə təchiz olunub. Onun yüksək sürət və səmərəliliyi, həmçinin əla yükləmə sürəti var. Cihazlar rəvan və xoş baxış üçün RAM və ROM-un optimal birləşməsini təklif edir: müvafiq olaraq RAM-ın həcmi 8 GB, ROM-un həcmi isə 256 GB-a qədər ola bilər. Çox tapşırığı yerinə yetirməyi və daim bir proqramdan digərinə keçməyi sevənlər üçün smartfonda yaddaşın dinamik genişləndirilməsi texnologiyası olan Dynamic RAM Expansion Technology 3.0 var və fon rejimində çoxlu sayda proqramla işləyə bilir.
 
İstər iş tapşırıqlarından oyuna, istərsə də filmlərdən TikTok-a keçid edin, POCO X5 5G-nin nəhəng 5000 mAh tutumlu batareyası bu tapşırığın öhdəsindən gələ bilər. Sürətli enerji doldurma texnologiyası sayəsində istifadəçilər batareya çatışmazlığı problemi ilə vidalaşa bilərlər. POCO-nun 33 Vt gücündə sürətli şarj cihazı tam boşalmış batareyanı təxminən 68 dəqiqə ərzində 100% doldura bilər – bu oyuna davam etməzdən və ya ən son onlayn videolara baxmazdan əvvəl fasilə vermək və yemək yemək üçün kifayətdir. Tam doldurulmuş batareya ilə siz 12 saat ərzində telefondan istifadə edə, o cümlədən sosial şəbəkələrdən həzz ala bilərsiniz.
 
POCO X5 Pro 5G üç rəngdə təqdim olunacaq: qara, mavi və sarı. O, həmçinin iki variantda əlçatan olacaq: 6 GB+128 GB və 8 GB+256 GB.
 
6 GB+128 GB: təklif olunan pərakəndə satış qiyməti €299.
8 GB+256 GB: təklif olunan pərakəndə satış qiyməti €349.
 
POCO X5 5G üç rəngdə təqdim olunacaq: yaşıl, mavi və qara. O, həmçinin iki variantda əlçatan olacaq: 6 GB+128 GB və 8 GB+256 GB.
 
6 GB+128 GB: təklif olunan pərakəndə satış qiyməti €249.
8 GB+256 GB: təklif olunan pərakəndə satış qiyməti €299.
 
*Qiymətlər və mövcudluq bazar və satış kanalına görə dəyişə bilər.
 
POCO haqqında
POCO Xiaomi korporasiyası tərəfindən yaradılmış gənc müstəqil brenddir. İndiyədək POCO 98 dünya bazarına daxil olub. POCO-nun fəlsəfəsi – “Sizə lazım olan hər şey, artıq heç nə” - brendi öz tədqiqat və istehsalatını yalnız POCO həvəskarlarının tələblərinə və rəylərinə yönəltməyə təşviq edir. Bu, azarkeşlərə həqiqətən lazım olan texnologiyalara yorulmadan can atma istəyi qərarvermə prosesini demokratikləşdirir, şirkətin təkamülünü sürətləndirir və smartfon sənayesində yeniliklər yaradır.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi