Xarici ticarət iştirakçıları ilə növbəti görüş Sumqayıt Baş Gömrük İdarəsində keçirilib

Hit: 367
Xarici ticarət iştirakçıları ilə növbəti görüş Sumqayıt Baş Gömrük İdarəsində keçirilib
Fevralın 3-də xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş Sumqayıt Baş Gömrük İdarəsində keçirilib.
 
80-ə yaxın sahibkar və gömrük təmsilçisinin iştirak etdiyi görüşdə gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük prosedurlarının asanlaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən görülən işlərdən, maliyyə-uçot sisteminin, biznes proseslərin səmərəli və düzgün qurulmasına imkan yaradan “Şəxsi hesab vərəqəsi” elektron xidmətinin əhəmiyyətindən bəhs edilib.
 
Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə və bu xidmətin üstünlüklərini əks etdirən geniş təqdimat nümayiş etdirilib. Bildirilib ki, pilot variantda istifadəyə verilən “Şəxsi hesab vərəqəsi” elektron xidmətinə hazırda ölkə üzrə 170 sahibkarlıq subyekti qoşulub.
 
Görüşün sonunda sahibkarların fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.








Redaktorun seçimi