“Heydər Əliyev - 100” videolayihəsinə start verilib

Hit: 476
“Heydər Əliyev - 100” videolayihəsinə start verilib
Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev - 100” videolayihəsinə start verib.
 
Bu barədə Faktor.az-a Dövlət Komitəsindən bildirilib.
 
Bildirilib ki, layihə çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli liderin çağırış və tövsiyyələri, tarixi şəxsiyyətlərə qayğısı, Güney Azərbaycan mövzusunda çıxışları və s. yer alacaq.
 
Ulu öndərin xarici səfərləri zamanı görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı xatirələri də videoformatda təqdim olunacaq. Artıq videoçarxların istehsalına başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə aparılır.
 
“Heydər Əliyev - 100” videolayihəsi diaspor üzvləri arasında böyük marağa səbəb olub.








Redaktorun seçimi