Fermer və toxumçuları aktiv əməkdaşlığa dəvət edirik - Assosiasiya

Hit: 621
Fermer və toxumçuları aktiv əməkdaşlığa dəvət edirik - Assosiasiya
Azərbaycanda toxumçuluğun inkişafı, bu sahədə beynəlxalq təcrübənin tətbiqi üçün yerli toxumçular və fermerlər "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi ilə sıx əməkdaşlıq etməlidir.
 
Faktor.az bildirir ki, bunu "Report"a açıqlamasında qurumun sədri Mədinə Əliyeva bildirib.
 
"Assosiasiya toxum istehsalçılarını birləşdirmək və bu sahənin inkişafına dəstək məqsədilə yaradılıb. Mütamadi olaraq fermer və toxumçularla görüşlər keçirilir, onların problemləri öyrənilir, maarifləndirmə işləri aparılır. Assosiasiya olaraq fermer və toxumçuları bizimlə aktiv əməkdaşlığa dəvət edirik. Bu gün ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili bazarı keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin etməkdir", - deyə o qeyd edib.








Redaktorun seçimi