AİKTSA bu universitetlə əməkdaşlıqda maraqlıdır

Hit: 488
AİKTSA bu universitetlə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının bir qrup sahibkar və şirkət rəhbəri ilə görüşü olub.
 
Görüşdə rektor, professor Mustafa Babanlı elmin inkişafı ilə yanaşı, universitetdə ixtisaslı və savadlı, o cümlədən müasir bazar iqtisadiyyatına uyğun hazırlıqlı kadrların yetişməsinin hər zaman diqqtədə saxlandığını bildirib. O, qeyd edib ki, məqsəd tələbənin müəssisəyə gedənə qədər hazır mütəxəssis kimi formalaşmasını təmin etməkdir və universitetdə bu, zamanın tələbinə uyğun həyata keçirilir.
 
Görüşdə "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası"-nın (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov iştirak edib. E.Abbasov çıxışında İKT sənayesində informasiya texnologiyalarının rolu və əhəmiyyətinə, eyni zamanda inkişaf istiqamətlərinə toxunub. 
 
ADNSU-da olmaqdan və belə bir görüşdən məmnun olduqlarını bildirən sahibkarlar da istehsal proseesindən danışıblar. Qeyd ediblər ki, Azİİ məzunlarına hər zaman ehtiyac var və bu gün də istehsal prosesində, neft sektorunda onlar aparıcı mütəxəsis olaraq özlərini doğruldurlar.
 
Sahibkarlar universitetlə əməkdaşlıqda maraqlı oduqlarını qeyd ediblər və konkret olaraq onlara necə mütəxəssis lazım olduğunu bildiriblər.
 
Tədbirdə müəssisə və təhsil ocağı arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.








Redaktorun seçimi