Cullinan hekayələri: “BOX GRAİN” DƏRİSİNİN ORİJİNALLIĞI - FOTOLAR

Hit: 816
Cullinan hekayələri: “BOX GRAİN” DƏRİSİNİN ORİJİNALLIĞI - FOTOLAR
2018-ci ilin may ayında satışa çıxarılandan bəri, Cullinan hündür avtomobillər üçün dəbdəbəli səyahət konsepsiyasını yenidən müəyyənləşdirdi. Onun unikal xüsusiyyətlərindən biri dizaynında Rolls-Royce “Box Grain” dərisinin istifadəsidir.
 
Cullinan-ın paneli İtaliyanın yüksək səviyyəli baqaj və çantalarında istifadə edilənə bənzər möhkəm və suya davamlı dəri olan müasir Box Grain dəri ilə örtülmüşdür. Yalnız Cullinan-da standart olaraq mövcud olan bu fərqli üslub, paneldə genişlik hissi yaradır, həmçinin saat elementlərinin və hava ventilyatorlarının gözəl şəkildə fərqlənməsinə kömək edir.
 
Yuxarıda: Cullinan-ın ön panelində “Box Grain” dəri.
 
Dənəli dəri, onun səthindəki təbii naxışın dəyişdirildiyi hər hansı bir dəridir. Cullinan-ın “Box Grain” dərisi heyvan dərilərinə fərqli tərz vermək üçün istifadə edilən tarixi texnikalara istinad edir.
 
Ənənəvi olaraq, dabbaqçı hələ də nəm aşılanmış dərini götürüb və çarpaz naxış yaratmaq üçün onu müxtəlif istiqamətlərə "parçalayır". Bu proses sərt dərinin kənara yuvarlanmasını və sıxılmasını təmin edərək, səthində kiçik qıvrımların yaranmasından ibarət idi. Dəri müxtəlif naxışlar və toxumalar yaratmaq üçün bir neçə tərəfdən işlənə bilər.
 
Bu tarixi texnikadan ilhamlanaraq, Rolls-Royce oxşar görünüş, hiss və keyfiyyət əldə etmək üçün müasir proses hazırladı. Cullinan dərisinin fərqli naxışı, xüsusi yaradılmış alətdən istifadə edərək yüksək keyfiyyətli təbii dənəli dərinin qabartılması ilə əldə edilir. Daha sonra dərinin üçölçülü teksturasını yaxşılaşdırmaq və cızıqlara və ya ləkələrə qarşı daha davamlı etmək üçün onun səthinə parıltı qatları tətbiq olunur. Nəticə olaraq-müstəsna davamlılığ, canlı rəng kontrastı ilə vəhdəd yaradır.
 
1
1








Redaktorun seçimi