“Azərpoçt” vətəndaşlara xəbərdarlıq edib

Hit: 673
“Azərpoçt” vətəndaşlara xəbərdarlıq edib
Kiberdələduzlar tərəfindən onlayn ticarət saytlarında və sosial mediada vətəndaşlara "Azərpoçt" tərəfindən təşkil olunan müxtəlif uduşlu oyunların keçirildiyi saxta keçidlər göndərilir.
 
Keçidə daxil olaraq oyunda iştirak edən vətəndaşlardan qazandıqları pul mükafatlarını əldə etmək üçün linki dostları ilə paylaşmaları və şəxsi məlumatları istənilir.
 
Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.
 
"Azərpoçt" MMC kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu rəsmi mənbələrdən istifadə edərək yoxlamağı tövsiyə edir.








Redaktorun seçimi