Baş Gömrük Mühafizə Xidmətində Zəfər Günü qeyd edilib

Hit: 696
Baş Gömrük Mühafizə Xidmətində Zəfər Günü qeyd edilib
Baş Gömrük Mühafizə Xidmətində 8 Noyabr - Zəfər Günü qeyd edilib.
 
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından bəhs ediblər.
 
Sonda Vətən müharibəsi qazilərinə xatirə hədiyyələri təqdim edilib, 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusunun döyüş yolu və tarixi qələbəsindən bəhs edən videoçarx nümayiş olunub.








Redaktorun seçimi