Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir

Hit: 354
Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir
Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb.
 
“TÜYAP” Sərgi və Konqres Mərkəzində keçirilən “MÜSİAD EXPO 2022” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edir. Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsmlər nümayiş olunur. 
 
Həmçinin, stenddə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, bu sahədə dəstək və xidmətlərə dair məlumat verilir. KOBİA-nın stendində sahibkarlarla yanaşı, biznes assosiasiyalar da təmsil olunur. 
 
Qeyd edək ki, “MÜSİAD EXPO 2022” sərgisi noyabrın 5-dək davam edəcək. Sərgidə 24 sahə üzrə 600-dən çox şirkət iştirak edir. 








Redaktorun seçimi