Rolls-Royce "Twenty" modelinin 100 illiyini qeyd edir - FOTOLAR

Hit: 1516
Rolls-Royce "Twenty" modelinin 100 illiyini qeyd edir - FOTOLAR
“Hər bir Rolls-Royce həm təkamül, həm də inqilabi xarakter daşıyır: texnologiya, rahatlıq və sürücülük təcrübəsini yeni səviyyəyə qaldırarkən əsas dizayn və mühəndislik prinsiplərimizə hər zaman sadiq qalmışıq. Lakin uzun tariximiz ərzində daha geniş avtomobil çərçivəsini daimi olaraq dəyişdirən müəyyən modellər olmuşdur. 100 il əvvəl istehsal olunan  “Twenty” modeli onlardan biridir. Biz bu xüsusi hadisəni qeyd etmək və bu əfsanəvi, sevilən avtomobilin qalıcı mirasını qeyd etmək üçün dünyanın hər yerindən avtomobilin sahibləri və həvəskarları ilə bir araya gəlirik.”
Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın Baş İcraçı Direktoru
 
Rolls-Royce Motor Cars 6 oktyabr 1922-ci ildə satışa çıxarılan, dünyada "Twenty" kimi tanınan əfsanəvi 20 a.g-nin yüzilliyini qeyd edir. Cənab Henry Royce tərəfindən dizayn edilmiş avtomobil, indiyə qədər şirkətin istehsal etdiyi ən mühüm və nüfuzlu modelləri sırasında yer alır. İlk Rolls-Royce, daha çox sürücü tərəfindən istifadə üçün deyil, xüsusi olaraq sahibi üçün nəzərdə tutulduğundan, bugünkü Ghost, Wraith, Dawn və Cullinan-ın birbaşa sələfi hesab olunur. Həmçinin ondan sonraki digər Rolls-Royce modeli Spectre üçün mexaniki şablonu təyin edərkən, tarixi paralellərə malikdir.
 
LA BELLE EPOQUE
 
1906-cı ildə Rolls-Royce 40/50 a.g. malik – daha çox Silver Ghost kimi tanınan modeli təqdim edib. Mühərrikinin gücü, qüsursuz etibarlılığı və qüdrətli dözümlülüyü ilə bu avtomobil “dünyanın ən yaxşı avtomobili” adını qazandı. O, eyni zamanda bir neçə fərqli modeli eyni vaxtda təklif edən şirkətin əvvəlki təcrübəsinin əvəzinə yeni “tək modelli” siyasətinə keçməsinə səbəb oldu. Bu, 1914-cü ildə Dünya Müharibəsi ərəfəsində maliyyə baxımından doğru strategiya olduğunun təsdiqini aldı.
 
Növbəti dörd il ərzində Rolls-Royce özünü hərbi layihələrə, o cümlədən Silver Ghost-un zirehli versiyasına və bir sıra möhtəşəm aviamühərriklərin istehsalına həsr etdi. Lakin 1918-ci ildə hərbi əməliyyatların başa çatması, müharibədən əvvəlki sosial-iqtisadi, siyasi və mədəni quruluşların tamamilə dəyişdirildiyi tam yeni bir dövr gəldi. Rolls-Royce üçün müharibə şəraitindən sülh dövrünə keçid, 1919-cu ilə qədər təxminən 8000 işçinin işlədiyi Derbi zavodlarında artıq böyük potensialın olması demək idi.
 
DƏYİŞƏN DÖVRÜN AVTOMOBİLİ
 
Hələ 1918-ci ildə atəşkəsdən əvvəl, Cənab Henri Roys daha böyük 40/50 a.g. malik avtomobillərin satışlarının azalacağını təxmin edərək daha kiçik mühhərikli bir avtomobilə ehtiyac olduğunu qabaqcadan görürdü. Cənab Royce - bir çox Rolls-Royce sahiblərinin müharibədən əvvəl işə götürdükləri işçi heyətini artıq, işdə saxlaya bilməyəcəklərini gözləyirdi. Onun fikrincə, nə Silver Ghost üçün tələb olunan zəhmətli və bahalı həftəlik texniki xidmət, nə də onu idarə etmək üçün sürücüyə ehtiyac olmayan avtomobil seçimi cəlbedici bir təklif olardı.
İki il sonra şirkət direktorları onunla razılaşdılar. 1920-ci ildə Cənab Roys mühəndislik bacarıqlarını daha kiçik bir avtomobilin "dizayn"ından "istehsalına" köçürdü. Bu qərar həm işçi qüvvəsinin artıq 2000 nəfərə qədər azaldığı Derbi fabrikində qalan tədarükün öhdəsindən gəlmək, həm də bəzi müştərilərin müharibədən sonrakı ehtiyaclarına daha yaxşı uyğun gələn avtomobilin istehsal edilməsi zərurəti ilə əsaslandırıldı.
Roys instinktiv şəkildə başa düşdü ki, indi daha da çətinləşən vəziyyətlərinə baxmayaraq, avtomobil sahibləri Rolls-Royce-un mükəmməllik standartlarına öyrəşiblər və ölçüsündən və spesifikasiyasından asılı olmayaraq yeni modeldən eynisini gözləməyəcəklər. Buna görə də şirkət təklif olunan 20 a.g. malik avtomobil haqqında onları əmin etmək üçün çox səy göstərdi və "heç bir halda məhsullarında qorunan mükəmməllik standartlarının aşağı salınmayacağını" bildirdi. 1920-ci ilin sentyabrında Cənab Royce inamla İdarə Heyətinə "istehsalın mükəmməllik standartının qorunduğundan" razı qaldığını bildirdi.
 
"TWENTY"
6 oktyabr 1922-ci ildə Rolls-Royce özünün yeni "az at güclü" avtomobilini təqdim etdi. Onun düz altı silindrli, 3,1 litrlik mühərriki Silver Ghost-un 7,5 litrlik mühərrikinin ölçüsündən iki dəfə az idi. Həmçinin, yeni modelin çəkisi öncəki modeldən təxminən 30% az idi. Buna baxmayaraq, Silver Ghost-ilə, aralarındakı performans fərqinin azlması  demək deil idi.
Həqiqətən də dərhal aydın oldu ki, yeni 20 a.g. və ya sadəcə “Twenty” kimi tanınan model böyük texniki sıçrayışı təmsil edir. Silver Ghost-u idarəetmə vasitələrinin yüngüllüyü, sükan, əyləc və asma sistemlərinin performansı ilə birbaşa rəqiblərindən üstün edən keyfiyyətləri – yeni model ilə müqayisə etdikdə olduqca köhnəlmiş görünür.
Bu keyfiyyətlər həm də Rolls-Royce-un köhnə dizayna malik daha böyük avtomobilinin cəlbedici olmadığı yeni müştərilər arasında – xüsusən də alış qiyməti və cari xərclər  mühüm mülahizələr olduğu halda, “Twenty” modelini sürətlə favorit kimi müəyyənləşdirdi.
Sahibləri yeni model haqqında məmnunluq hissi ilə danışırdılar. Avtomobil mətbuatına yazılan məktublarda biri onu "füsunkar bir mexanizm parçası" kimi təriflədi, digəri isə "Mən heç zaman avtomobildən belə zövq almamışam" deyirdi. Bir şirkət reklamında avtomobil haqqında ekspert qiymətləndirməsindən sitat gətirilir ki, “sürücünün istədiyi hər şey... yüksək dərəcədə zəriflik və konstruksiyasının sadəliyi ilə avtomobilə idarə etmək sahibini sevindirəcək”. Avtomobilini təhvil aldıqdan sonra, məmnun olan bir sahibi Fransadakı evindən şirkətə yazdı: "Mən 20 a.g. modeli sürdüm. Mühərrikin işləməsindən çox razıyam, Liverpooldan və Versal gədər qətt etdiyim yolda bir dəfə olsun belə dişli mexanizimi dəyişmək məcburiyyətində qalmadım”.
 
ƏSAS PROBLEMLƏR
Dövrün bütün Rolls-Royce modelləri kimi, "Twenty" də sahiblərinin kuzovları müstəqil avtomobil istehsalçısından sifariş edəcəyi "yuvarlanan şassi" kimi istehsal edilmişdir. Royce onun sahibi tərəfindən idarə olunan bir avtomobil olmasını nəzərdə tuturdu və ümid edirdi ki, vaqon istehsalçıları kuzovların ölçüsünü və çəkisini mümkün qədər kiçik saxlayacaqlar.
Bununla belə, o, bəzi müştərilərinin ömürlük vərdişlərini dəyişdirə bilmədi. Bir çox Twenty sahibləri tələb olunandan qat-qat ağır olan və daha çox küləyə davamlılıq təmin edən möhkəm, kuzov üzərində israr edirdilər. Bu kütləvi, həddindən artıq yüklənmiş kuzovlar istər-istəməz avtomobil performansını azaldır.
Həmişə praqmatist olan Roys bilirdi ki, çəki-performans nisbətini yaxşılaşdırmağın yalnız bir yolu var. 1929-cu ildə "iyirmi" güc mühərriki 20/25 at gücü ilə əvəz edildi. Ancaq bu da problemi tam həll etmədi və 1935-ci ildə Royce 25/30 at gücündə mühərrik istehsal etdi. 4,25 litrlik güc bloku ilə. "Kiçik at gücü" dövrü nəhayət 1938-ci ildə Wraith-in təqdim edilməsi ilə başa çatdı. Bütün bu sonrakı versiyalar Twenty-nin birbaşa davamı idi və bu gün onlar onun rekorduna və reputasiyasına daha da parlaqlıq qatır.
İRS…
 
“Twenty” 1929-cu ildə istehsal dayandırıldıqdan çox sonra Rolls-Royce-un gələcək modellərinə böyük töhvə verdi, bu illər ərzində  2940 nümunə istehsal edilmisdir. Xüsusilə, çıxarıla bilən silindr başlığı və yuxarı klapanları olan düz altı silindrli mühərrik növbəti 30 ildə Rolls-Royce mühərrikləri üçün nümünə təmin etdi. Silver Cloud modelinə (1955-9) qədər istənilən altı silindrli Rolls-Royce-un kapotunu açın və bir çox daxili təkmilləşdirmələrə baxmayaraq, mühərrik sistemi eyni olaraq qaldığını görəcəksiniz. 1925-ci ildə möhtərəm Silver Ghost-u əvəz edən yeni Phantom-unda, mühərriki əsas Twenty modelinin uzərində quruldu.
 
…VƏ CANLI MİRAS
1992-ci ildəki son Phantom VI-a qədər Rolls-Royce 70 il əvvəl “Twenty”nin təqdimatı ilə tətbiq etdiyi iki modelli siyasəti davam etdirdi. Bu, şirkətə iki müştəri qrupunun ehtiyaclarını ödəməyə imkan verdi: sürücülük zamanı arxa oturacaqdan “sehrli xalça gəzintisi”ndən həzz almağı seçənlər; və avtomobilini özləri sürməyə üstünlük verənlər.
Bu yanaşma, müasir dövrə qədər davam etdi Rolls-Royce Motor Cars daha böyük  olan Phantomu müşayiət etmək üçün daha kiçik Ghost-u yaratdı. Lakin bugünkü Rolls-Royce müştəriləri 1920-ci illərdə olduğundan daha çox və daha müxtəlifdir ki, bu da şirkətin genişlənmiş məhsul portfelində öz əksini tapır.
 
“Twenty” ilə Rolls-Royce-un yeni akkumulyatorlu elektrik avtomobili Spectre arasında da tarixi paralellər var. Hər iki model markanın müştərilərin yeni ehtiyac və tələblərə malik olduğu və köhnə normaların artıq tətbiq olunmadığı dəyişən dünyaya cavab vermək istəyini və bacarığını nümayiş etdirir. Hər biri gələcək onilliklər üçün Rolls-Royce ailəsini formalaşdıracaq texnologiyada addımlı dəyişikliyi təmsil edir. Hər şeydən əvvəl, onlar Cənab Henri Roysun ən məşhur kəlamını təcəssüm etdirirlər: “mövcud olanın ən yaxşısını götür və onu yaxşılaşdır”.
1
1
1
1







Redaktorun seçimi