Dövlət Toxum Fondunun - MƏLUMATI

Dövlət Toxum Fondu ölkə üzrə taxılçılıq təsərrüfatlarından qəbul olunan taxıl məhsullarının Ağcabədi, Şəki, Tovuz, Qobustan və Xaçmaz rayonlarında fəaliyyət göstərən Toxum Emalı Zavodlarında emal olunmasını həyata keçirir.
Toxum emalı üçün toxumçuluq fəaliyyəti ilə məşğul hüquqi və fiziki şəxslər qeyd olunan Toxum Emalı Zavodlarına müraciət edə bilərlər. Zavodlarda toxum emalı növbəlilik prinsipi ilə həyata keçirilir.
Toxum Emalı Zavodları:
Ağcabədi (Hüsülü kəndi)
Şəki (Şəki-Oğuz şosei 50a)
Tovuz (Alakol kəndi)
Xaçmaz (Qaraçayçək kəndi)
Qobustan (Qobustan şəhəri)
1652 ; 012 436-57-12/13


