Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilib
Auksionda rəssam Aslan Rüstəmovun "Bahar 2015" əsəri 2200 manata, Mir Azər Abdullayevin "Sürət" əsəri 3300 manata, Şamil Cəfərovun "İnqermandland" gəmisi 1300 manata satılıb.
Auksionda ümumilikdə beş lot satılıb, ən bahalı lot Mir Azər Abdullayevin "Sürət" əsəri olub, 3300 manata satılıb.
Auksionda xalq rəssamı Böyükağa Mirzəzadənin "Səhnə arxasında", xalq rəssamı Mara Rəhmanzadənin "Göl", "Lənkəran" tabloları, Tofiq Cavadovun "Kamal Əhmədin portreti" və başqa əsərlər hərraca çıxarılsa da satılmayıb.