ADAU rəhbərliyi və kollektivi “44” filmini izləyib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və kollektivi Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, Zəfərə gedən yolu və milli birliyimizi əks etdirən “44” bədii filmini izləyib.
Film nümayişində universitetin rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan əsgərinin şücaətini, xalqımızın iradəsini və torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığı kino dili ilə tamaşaçılara çatdırır.
Filmin kollektiv tərəfindən izlənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği, tarixi yaddaşın qorunması və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.
ADAU-da bu istiqamətdə keçirilən tədbirlər universitetin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və vətənpərvərlik prinsiplərinə bağlılığının ifadəsidir.





































































