Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası

Hit: 180
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
 
Becni qalası (məbədi) İrəvan xanlığının Dərəçiçək mahalında, Zəngi çayının sıldırım qayalıq sahilində, Becni şəhərinin şimal-şərq kənarında yerləşir. Dərəçiçək 1930-cu ildən Axta, 1959-cu ildən isə Hrazdan rayonu adlandırılıb.
 
Qalanın şimal və qərb divarlarının qalıqları, gizli tikili və digər tikililərin izləri günümüzə gəlib çatıb.
 
Becni qalası X-XI yüzillərdə inşa edilmiş, çöldən daş divarlarla əhatələnmişdir.
 
Günbəzli zal üslubunda inşa edilmiş Becni məbədi isə 1031-ci ildə əslən becnili, türksoylu knyaz Qriqor Magistr tərəfindən tikilib. Bəzi erməni mənbələri isə məbədin VII əsrdən mövcud olduğunu iddia edir.
 
Mənbələrdə “Bcni”, “Beçni”, “Beçini”, “Becənə” kimi qeydə alınan Becni qala adı əslində peçeneq türklərinin adını daşıyır.
 
İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən burada 40 ailədə 232 azərbaycanlı (128 kişi, 104 nəfər qadın), 24 ailədə 131 erməni (69 kişi, 62 qadın) qeydə alınıb. Kəndə ilk ermənilərin gəlişi XVIII əsrin sonlarına - XIX əsrin əvvəllərinə təsadüf edir. 1828-1830-cu illərdə kəndə 8 ailədə 47 (32 kişi, 15 qadın) erməni Osmanlıdan köçürülüb.
 
1916-cı ildə Becni kəndində 1309 azərbaycanlı yaşayırdı. Lakin 1918–1920-ci illər soyqırımı zamanı azərbaycanlılar ermənilər tərəfindən kənddən qovulubar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra – 1922-ci ildən etibarən azərbaycanlılar öz doğma kəndlərinə qayıda biliblər.
 
Kilsə 1947-ci ildə bərpa olunub, həmçinin xeyli dərəcədə erməniləşdirilib və qriqorianlaşdırılıb.
 
1948-ci ildə isə kəndin bütün azərbaycanlı əhalisi dövlət səviyyəsində deportasiyaya məruz qalıb və kənd tamamilə erməniləşdirilib.






Redaktorun seçimi