Nurlan Ordubadlı təltif edilib
Tanınmış musiqiçi - "Yaşa, Azərbaycan" mahnısının ifaçısı Nurlan Ordubadlı təltif edilib.
Faktor.az xəbər verir ki, Nurlan Ordubadlının yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək, "Turan" medalı ilə təltif edilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı hər kəsin yumruq kimi birləşdiyi bir vaxtda Nurlan Ordubadlı vətənpərvər ruhlu mahnıları ilə öz xalqının yanında olur və sevimlisinə çevrilib.
Nurlan Ordubadlının yaradıcılığı bütünlükdə vətənpərvərlik mövzusundan ibarətdir. Şeirlərinin əsas mövzusunu vətənə sevgi, məhəbbət təşkil edir. İfa etdiyi – “Yaşa, Azərbaycan”, “Ana”, “Türkiyə-Azərbaycan”, “Qarabağdan”, “Şuşa Azərbaycandır”, “Can Azərbaycan”, “Zəfərindir Azərbaycan”, “Turan”, “Zəngəzur”, “Yaşasın Azərbaycan”, “Ali Baş Komandan”, “Naxçıvanım”, “Yaşasın Türkiyə-Azərbaycan”, “Can Azərbaycan üçün”, “Şəhid oldu”, “Ana Kürüm”, “Azərbaycandan uzaqlarda” “Bakıya”, “Naxçıvan”, “Ordubad” və adlarını çəkmədiyimiz neçə-neçə mahnılar milli janrdadır, qalib xalqımıza, müzəffər ordumuza, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna həsr olunub.
Nurlan Ordubadlı bu gün demək olar ki, cəmiyyətdə sayılıb-seçilən və böyük rəğbət qazanan ifaçılardandır. Ona görə ki, hər zaman maddi və mənəvi olaraq şəhid ailələrinin, müharibə iştirakçılarının təmənnasız yanındadır.







































































