Gül Turanın “EON” romanı işıq üzü görüb

Hit: 92
Gül Turanın “EON” romanı işıq üzü görüb
Bu günlərdə gənc yazar Gül Turanın “EON” romanı “İmza” Nəşriyyat Evində çapdan çıxıb. “EON” müəllifin ilk kitabıdır.
 
Romanda gerçək həyat hadisələri, mistik olaylar, metafizik gedişlər, mifik yanaşmalar, futurist və ekzistensialist təəssüratlar, bir sözlə çağdaş romançılığın müxtəlif elementləri özünəməxsus şəkildə bir araya gətirilib. Əsər postmodern cizgiləri, səlist üslubu və axıcı təhkiyəsi ilə seçilir.
 
Romanda qədim Şərq və sufi ənənəsinin sənətə yansıyan ruhu izlənilməklə yanaşı, varlıq və yoxluq məsələləri də özünəməxsus obrazlar, çalarlar və səhnələr vasitəsilə qabardılır. Sevgi, ağrı, həsrət, arzular, xəyallar və, nəhayət, qovuşa bilməməyin fəlsəfi çalarları əsərin ideya-estetik xəttini müəyyənləşdirir.
 
Müəllifin hadisələrə və insan taleyinə fəlsəfi yanaşması əsərin özünəməxsus dünyagörüşünü və bədii-estetik istiqamətini ortaya qoyur.
 
Xatırladaq ki, Gül Turan 2001-ci ildə Bakı şəhərində anadan olub. 67 saylı orta məktəbi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirib.
 
“EON” Gül Turanın ilk romanı və ilk kitabıdır.






Redaktorun seçimi