Aşıq Rza Məmmədovun 50 illik yubileyi qeyd olunub

Hit: 189
Aşıq Rza Məmmədovun 50 illik yubileyi qeyd olunub
Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Aşıq Rza Məmmədovun 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
 
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Xalq artisti, professor İlham Namiq Kamal aşıq sənətinin folklorumuzda və milli mədəniyyətimizdə yeri, bu sənətin qorunması və inkişafı ilə bağlı xüsusi dövlət qayğısı barədə danışıb, Aşıq Rza Məmmədovu yubiley münasibəti ilə təbrik ediblər və ona yaradıcılıq uğurları arzulayıblar.
 
Tədbirdə Aşıq Ağamurad Şirvanlı, xanəndə Sahibə Abdullayeva, Aşıq Şakirin nəvəsi Aşıq Babək Şakirli, Aşıq Elman Mehdiyev, Aşıq İxtiyar Qocayev, xanəndə Zeynal Əhmədov, xanəndə Vəliş Mirzəyev,  Əməkdar artist Şirzad Fətəliyev, xanəndə Teymur Əziz, “Eşq” ansamblı və bədii rəhbəri Ruslan Adgözəlov çıxış ediblər. 
Tədbirdə həmçinin yubilyar onu təbrik edən qonaqlara təşəkkür edib və aşıq musiqisindən parçalar səsləndirib.






Redaktorun seçimi