Bakıda Türk xalqlarının ortaq mədəni irsini əks etdirən sərgi keçirilib

Hit: 159
Bakıda Türk xalqlarının ortaq mədəni irsini əks etdirən sərgi keçirilib
“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Türk xalqlarının mədəni irs sərgisi” layihəsinin icrasını yekunlaşdırıb.
2026-cı il sentyabrın 4-də layihə çərçivəsində “İpək tək səma” adlı müəllif kukla biennalisinin açılış mərasimi keçirilib.
 
İctimai Birliyin sədri Aytən Həsənova bildirib ki, layihənin məqsədi türk xalqlarının ortaq mədəni irsinin, milli-mənəvi dəyərlərinin, sənətkarlıq ənənələrinin və estetik dünyagörüşünün kukla sənəti vasitəsilə nümayiş etdirilməsi, müxtəlif ölkələrdən olan yaradıcı şəxslər arasında mədəni dialoq və əməkdaşlığın inkişaf etdirilməsidir.
Tədbirdə türk xalqlarını birləşdirən ortaq mədəni irsin qorunmasının, gələcək nəsillərə ötürülməsinin və beynəlxalq səviyyədə təbliğinin əhəmiyyəti vurğulanıb.
Sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan sənətkarların yaradıcılıq nümunələri bir araya gətirilib, ortaq türk mədəni irsinin müxtəlif bədii ifadə formaları nümayiş etdirilib, ümumilikdə 60-a yaxın müəllif kuklası təqdim olunub.
 
Tədbir bədii proqramla yekunlaşıb.
 
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.






Redaktorun seçimi