İlk dəfə “Laçın Bal Festivalı” keçirilib

Hit: 176
İlk dəfə “Laçın Bal Festivalı” keçirilib
Festival Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Aqrar Tədarük və Təchizat ASC və Laçın Arıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
 
Festivalda 20-dən çox yerli arıçı öz məhsullarını təqdim edib. Qonaqlar müxtəlif növ təbii bal, propolis, arı südü, mum, çiçək tozu və digər arıçılıq məhsulları ilə tanış olublar.
 
Laçın yaylaqlarının təmiz havası və zəngin florası sayəsində burada istehsal olunan balın özünəməxsus dadı və yüksək keyfiyyəti iştirakçıların xüsusi marağına səbəb olub.
 
Tədbir çərçivəsində dövlət və hökumət nümayəndələrinə də yerli arıçıların məhsulları təqdim olunub. 






Redaktorun seçimi