Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

Hit: 153
Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək
Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.
 
Sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək. Sərginin açılış mərasimi avqustun 21-də baş tutacaq.
 
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.
 
Avqustun 21-dən 28-dək davam edəcək sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.






Redaktorun seçimi