“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlim
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərin keçirilməsinə başlanılmışdır.
Qoruq ərazisində keçirilən təlimlər Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti, doktor Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Baydemirin rəhbərliyi ilə baş tutmuşdur.
Təlimlərdə qoruq əməkdaşları və gənc arxeoloqlar xüsusi tətbiqlərdən istifadə etməklə qazıntı ərazisinin və arxeoloji abidənin üç məkanlı (3D) təsvirinin yaradılması üzrə təcrübi biliklərə yiyələnməkdədirlər.






































































