“CineMastercard” xüsusi kino seanslarında fasilə ilə yeni rahatlıq səviyyəsi təqdim edir

Hit: 619
“CineMastercard” xüsusi kino seanslarında fasilə ilə yeni rahatlıq səviyyəsi təqdim edir
“CineMastercard” premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını nəzərə alaraq, təxminən üç saat davam edən filmlərin xüsusi seansları üçün fasilə (antrakt) nəzərdə tutan yeni nümayiş formatını tətbiq edir.
 
Müasir blokbasterlər, tarixi dramlar və irimiqyaslı kinolayihələr getdikcə daha uzunmüddətli olur, bu da tamaşaçılara filmin süjetinə və atmosferinə daha dərindən qərq olmağa imkan yaradır. Belə filmlərin nümayişini daha rahat etmək məqsədilə xüsusi seanslarda qısa fasilə (antrakt) nəzərdə tutulub.
 
Fasilə zamanı tamaşaçılar qısa müddət dincələ və ya ekspress-bardan istifadə edə, sevimli içki və qəlyanaltılarını əldə edə biləcəklər.
 
Fasilə (antrakt) yalnız təxminən üç saat davam edən filmlərin xüsusi seanslarında nəzərdə tutulub. Eyni film həm fasiləli (antraktlı), həm də fasiləsiz nümayiş oluna bilər. Bununla bağlı məlumat rəsmi internet saytında və mobil tətbiqdə seans cədvəlində əvvəlcədən göstəriləcək ki, tamaşaçılar özləri üçün ən uyğun seansı seçə bilsinlər.
 
Fasilə (antrakt) tətbiq olunacaq ilk film Kristofer Nolanın səbirsizliklə gözlənilən “Odisseya” filmi olacaq. Filmin miqyası və uzunmüddətli olması nəzərə alınaraq, yeni nümayiş formatı tamaşaçılara qısa fasilə vermək və ilin ən çox gözlənilən kinopremyeralarından birini maksimum rahatlıqla izləməyə davam etmək imkanı yaradacaq.
 
“Biz çalışırıq ki, kinoteatrımıza hər səfər tamaşaçılarımız üçün mümkün qədər rahat və xoş keçsin. Uzunmüddətli filmlər xüsusi yanaşma tələb edir. Məhz buna görə də qısa fasilə tamaşaçılara dincəlmək və filmi daha böyük zövqlə izləməyə davam etmək imkanı verəcək”, — deyə “CineMastercard” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə bildirib.
 
Fasilənin (antraktın) tətbiqi “CineMastercard” kinoteatrlar şəbəkəsinin xidmət keyfiyyətinin daha da inkişaf etdirilməsi və tamaşaçılar üçün kino izləmə təcrübəsinin daha rahat və komfortlu olması istiqamətində atdığı növbəti addımdır.






Redaktorun seçimi