Dövlət Xidmətinin rəisi Dairəvi qalada aparılan bərpa işləri ilə tanış olub

Hit: 166
Dövlət Xidmətinin rəisi Dairəvi qalada aparılan bərpa işləri ilə tanış olub
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işləri davam etdirilir.
 
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva abidədə görülən işlərlə yerində tanış olub, bərpa prosesinin gedişini nəzərdən keçirərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
 
Qeyd edək ki, bərpa işləri çərçivəsində abidənin tarixi-memarlıq xüsusiyyətləri qorunacaq, konstruktiv dayanıqlılığı gücləndiriləcək və uzunmüddətli mühafizəsi təmin ediləcəkdir.
Eyni zamanda, ziyarətçilərin təhlükəsiz və rahat şəkildə abidəni ziyarət etmələri üçün müvafiq infrastruktur yaradılacaq.
 
Həyata keçirilən bərpa işləri Dairəvi qalanın tarixi simasının qorunmasına, gələcək nəsillərə etibarlı şəkildə çatdırılmasına və ziyarətçi potensialının artırılmasına xidmət edəcək. 






Redaktorun seçimi