Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib

Hit: 268
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyinə həsr olunmuş konsert proqramı keçirilib
Gəncədə “Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq” mövzusunda təşkil olunan tədbir çərçivəsində şəhər sakinləri üçün möhtəşəm konsert proqramı nümayiş olunub.
 
Gəncənin Heydər Əliyev adına Meydanında keçirilən konsertdə tanınmış “Darvish Band” qrupu və sevilən müğənni Çingiz Mustafayev çıxış ediblər.
 
Səsləndirilən musiqi nömrələri şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, bu il Azərbaycan ilə Avropa İttifaqı arasında diplomatik və əməkdaşlıq münasibətlərinin 30 illiyi qeyd olunur.






Redaktorun seçimi