Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan “Gənc arıçı” layihəsi Yevlaxda uğurla yekunlaşıb

Hit: 156
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan “Gənc arıçı” layihəsi Yevlaxda uğurla yekunlaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb. Layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub.
 
Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Təlim proqramını başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunub. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.
 
“Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festivalları və yarmarkalarında təqdim olunub.






Redaktorun seçimi