Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgi keçirilib

Hit: 295
Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgi keçirilib
ASAN könüllülərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgi keçirilib
 
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı ilə əlilliyi olan
şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. 
 
Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 21 müəllifin 10 müxtəlif istiqamət üzrə ümumilikdə 925 ədəd əl işi nümayiş etdirilib. 
 
Təqdim olunan əl işləri sırasında dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə işləri, təbii daşlardan hazırlanmış təsbeh və qolbağlar, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, bədii oyma və xalçaçılıq nümunələri yer alıb.
Sərginin keçirilməsində əsas məqsəd “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaradıcılıq və estetik dəyərlərin təbliği ilə yanaşı, əlilliyi olan şəxslərin sosial inteqrasiyasını dəstəkləmək, onların peşə bacarıqlarını nümayiş etdirmək, məşğulluq imkanlarını genişləndirmək və cəmiyyətin diqqətini inklüziv inkişaf məsələlərinə yönəltmək olub.






Redaktorun seçimi