“Musiqi naxışları” adlı sinif konserti keçirilib - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində növbəti təntənəli konsert baş tutdu.
Faktor.az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının “Musiqi naxışları” adlı sinif konserti keçirildi.
Təntənəli konsert tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının istedadlı tələbələri Rasimə Abdullayeva, Məryəm Məmmədova, Maya İsmayıllı, Gülnar Qədirova, Kubra Həşimli, Gülnar İrşadi, Fidan Muxtarova əsrarəngiz ifaları ilə dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdilər.
Rəngarəng konsert proqramında aşağıdakı əsərlər səsləndirildi:
F.Şopen “Skertso” op.20 Nº1
İ.Brams “İntermezzo” op 117 Nº2
P.Çaykovski “Düşüncə” op.72 no 5
K.Debüssi “Sevinc adası”, “Uşaq guşəsi” fortepiano süitası
S.Prokofyev “Merkusio” (“Romeo və Culyetta” f-no üçün süitasından)
Q.Qarayev “Don Kixot” simfonik qravürləri (işləmə F.Qarayev), “Yeddi gözəl” baletindən “Vals” (işləmə - Z.Vitkind).
Yüksək peşəkarlıqla təşkil olunmuş konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, böyük hərarətlə qarşılandı.


