Yeni parkda gənc rəssamların sərgisi keçirildi - FOTOLAR

Hit: 271
Yeni parkda gənc rəssamların sərgisi keçirildi - FOTOLAR
Son illər ölkə başısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.
 
Faktor.az xəbər verir ki, bu qəbildən bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib.
 
Burada təşkil edilən kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.
 
Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park gənc rəssamların gözü ilə” adlanan tədbir-sərgi məhz günü-gündən gözəlləşən və parklar şəhəri adlandırılan Bakı şəhərinin bu yeni parkına həsr edilib. 
 
Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə akademiya tələbələrinin yeni parka həsr edilən 40-dan çox əl işi nümayiş etdirilib.
 
Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Natiq Əliyev, Regional İnkişaf İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, Akademiyanın prorektoru Səlhab Məmmədov, gənc rəssam Sevinc Gəncəliyeva  sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışmış, bu kimi sərgilərin digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını bildiriblər. 
 
Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Fatimə Əliyeva birinci yerə, Leylahon Nurmetova ikinci yerə və Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynalabduyeva isə üçüncü yerə layiq görülüb.
 
Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, həmçinin digər iştirakçılara da sertifikatlar təqdim edilib.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi