“CineMastercard” Uşaqların Beynəlxalq müdafiəsi gününə parlaq şənlik təşkil etdi

Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir – Uşaqların müdafiəsi günü! Bu bayram hamıya uşaqları qarşılıqsız sevməyin və onları xoşbəxt etməyin vacibliyini xatırladır. Bu sevincli gündə “CineMastercard” premium kinoteatrında kimsəsiz uşaqlar, şəhid və Qarabağ müharibəsinin qazilərin və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.
Kloun və böyük Sonik kuklası gənc qonaqlara unudulmaz sevinc bəxş edərək onlara parlaq və yadda qalan emosiyalar yaşatdılar. Uşaqlar üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olundu.
Bundan əlavə, uşaqlara popkorn və təravətləndirici içkilər kimi dadlı təamlar təqdim edildi. Bayram ab-havası, musiqi və şən animatorlar uşaqları sevindirdi.
Əyləncə proqramından sonra gənc tamaşaçılar Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” komediyasını izlədilər.
Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndiriblər.
Dublyajın rejissoru - Vüqar Hüseynov, prodüser və səs rejissoru - Teymur Kərimov, tərcüməsi - Aytən Nəsirlidir.
Filmin rejissoru Duqal Uilsondur. Rolları Oliviya Kolman, Antonio Banderas, Emili Mortimer, Karla Tous, Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin canlandırıblar.
Lüsi xalanı Imelda Stonton, Paddinqtonu isə Ben Uişou tərəfindən səsləndirilib.
Tərəfdaşların təşəbbüsü ilə Cinema Distribution, CineMastercard kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə Azərbaycan tamaşaçıları üçün “Paddinqton 3” filminin peşəkar dublyajı olunub.
Tədbirin təşkilində foto çəkiliş - “Light in Black” kreativ şirkəti və Karnavaliya.az şirkətindən olan animatorlar dəstək göstəriblər.
“CineMastercard” bundan sonra da öz xoş ənənəsini – uşaqlara sevinc bəxş etməyi davam edəcək!


