Göz yaşımın kölgəsində sevdim səni!

Hit: 429
Göz yaşımın  kölgəsində sevdim səni!
Dedilər ki, gecdir  sevgidən yazma!
Bu lal sevda ilə ovundum axı!
Axan  göz yaşımın  kölgəsinə mən
Qısılıb ağaladım ovundum axı!
 
Dünyanın rəngini gözüm bilmişəm,
Gözlərim yol çəkib izin bilmişəm
Özüm ağlamışam özüm gülmüşəm
Ovunub yenidən sevmişəm axı!
 
Bəxtim taleyimi  sınıyan gündən
Ağlım hisslərimi qınıyan gündən
Göz yaşım ömrümü sanayan gündən 
Ovunub yenidən  sevmişəm axı!
 
İllərim günləri qınağa çəkdi 
Səbrim həsrətimi daramı çəkdi !
Bu ömrə il qatan illərdə gəldi.
Xatirin saçımda ağaran dəndi.
Göz yaşımın  kölgəsində sevdim səni!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Prezident təqaüdçüsü İradə Əlili








Redaktorun seçimi