Çoxdan gözlənilən bu kitablar nəşr edildi - FOTOLAR

Qədim Qala Nəşriyyatının yeni nəşrləri işıq üzü gördü
“HƏM MARSDAN, HƏM VENERADANAM” kitabı cinsindən və sosial statusundan asılı olmayaraq hər kəsə ünvanlanıb.
Kitab qadın və kişilərin fərqli və bənzər cəhətlərini, istəklərini oxuculara çatdırmaqla yanlış təsəvvürləri, strereotipləri dağıdaraq bir-birini, həmçinin özünü anlamağa kömək edir.
Bütün bunları elmi əsaslarla araşdıran müəllif həmin fərqlərin nədən qaynaqlandığını, həll yollarını da təqdim edir. Kitab orqanizmimizdəki hormonal balansı təbii yolla qorumağı da öyrədəcək. Nəticədə həm fiziki və psixoloji sağlamlığımızın qayğısına qalacaq, həm də insanlarla qarşılıqlı münasibətlərimizdə uğur qazanacağıq.
Etiraf etməliyik ki, müasir dövrdə artan azadlıq və uğur qazanmaq imkanları bir yandan da stres, qaçaqaç, gərginliyə səbəb olur. Məhz bu səbəbdən istər cütlüklər, istərsə də subay şəxslər özünü daha tənha və depressiv hiss edirlər. Hətta bu artan sərbəstlik və uğur imkanları insanlar arasında münasibətlərin gərginləşməsinə, getdikcə bir-birindən uzaqlaşmasına da gətirib çıxarır. Bu yalnız cütlükdaxili, yaxud qadın-kişi münasibətlərinə deyil, ətrafımızdakılarla, ailə üzvlərimiz, dostlarımızla münasibətlərimizə də aiddir.
“Həm Marsdan, həm Veneradanam” kitabını oxumaqla qarşılıqlı münasibətlərdə, eyni zamanda öz daxilimizdə də balansı qorumağı öyrənəcək, beləcə istər cütlükdaxili, istərsə də ətrafdakılarla uğurlu münasibət yaratmaq bacarığına yiyələnəcəyik. Üstəlik, buna nail olmaq üçün “iş, yoxsa ailə” kimi seçim etmək məcburiyyətində qalmayacağıq. Beləcə, biz həm fiziki, həm psixoloji sağlamlığımızın qayğısına qalacağıq.
“Həm Marsdan, həm Veneradanam” kitabı sayəsində oxucu:
Ailə və iş həyatında balansı qorumağın, “karyera, yoxsa ailə” seçiminə məcbur qalmadan hər ikisində uğur qazanmağın yollarını öyrənəcək;
Qadın və kişilər arasındakı bənzər və fərqli xüsusiyyətləri, ehtiyacları anlayacaq; bir-birinə qarşı anlayışlı olmağı öyrənəcək;
Cütlükdaxili münasibətlərdə qadın və kişilərin bir-birinə göstərdiyi təzyiqin sevgisizlikdən deyil, məhz hormonal disbalansdan qaynaqlandığını anlayaraq problemin həll yollarını araşdıracaq;
Qadın və kişi orqanizminin fərqli hormonal quruluşunu, hormonal disbalansın münasibətlərdə və insan orqanizmində fəsadları barədə xəbərdar olacaq;
Hormonal balansı təbii yollarla, preparatlar olmadan bərpa etməyi öyrənəcək.
MARS VƏ VENERA YATAQ OTAĞINDA
Zəmanə dəyişdikcə insanların düşüncələri, istəkləri, ehtiyacları da dəyişir. Bu, cütlüklər arasında, həmçinin ailə daxilində həyat yoldaşları arasındakı münasibətlərə də aiddir. İndiki dövrdə qadının yeganə ehtiyacı kişinin pul qazanıb ailəni dolandırması deyil. Həmçinin, qadının xörək bişirib, evi təmizləyib, uşağa baxmağı da kişi üçün prioritet deyil. Bəli, müasir dövrdə ailə səadəti üçün bunlar qətiyyən kifayət etmir. Lakin təəssüf ki, hələ əksəriyyətimiz bunu ya qəbul edə bilmirik, ya da tam anlamamışıq.
Dövr, ehtiyaclar, istəklər dəyişib. Həm qadın, həm də kişilər münasibətlərdə romantikaya, intim məmnuniyyətə getdikcə daha çox önəm verirlər. Həmin ehtiyaclar təmin edilməyəndə isə, təəssüf ki, əksər hallarda xəyanətə yol açır və bu, bəzən boşanma ilə nəticələnir.
Bu halların yaşanmasının ən əsas səbəblərindən biri də cütlüklərin intim, seksual ehtiyacları haqqında danışmamaları, daşlaşmış stereotipləri qıra bilməmələridir. Onlar bir-biri ilə bu barədə danışmaqdan utanırlar. İstər qadın, istərsə də kişi elə düşünür ki, bu barədə söhbət açsa, intim ehtiyacları, istəkləri barədə danışsa, partnyoru, həyat yoldaşı onun haqqında yanlış, pis fikirlərə qapılar.
Bəs işlərin bu həddə çatmaması üçün nə etmək olar? Çıxış yolu varmı? Ailəni, ailə hərarətini, qadınla kişi arasında ilk vaxtlardakı romantikanı, ehtirası qoruyub saxlamağın yolu varmı? Evliliyi zindana, məhbəs həyatına deyil, sevgi, anlayış, dəstək və ehtiras dolu ailə həyatına çevirməyin yolu varmı? Zehnimizdə daşlaşmış "Evlilik sevgini, ehtirası öldürür" fikrindən qurtulmaq mümkündürmü?
Əlbəttə, mümkündür.
“Mars və Venera yataq otağında” kitabı qadın və kişilərə bir-birini, eyni zamanda özlərini də tanımağa, kəşf etməyə, ən əsası isə anlamağa kömək edəcək.
Bu kitab cütlüklərə öz istək və ehtiyaclarını çəkinmədən dilə gətirməyə, müzakirə etməyə, nəticədə bir-birini fərqli yöndən tanımağa, kəşf etməyə, bir-birini qiymətləndirməyə yardımçı olacaq.


