Gənc dizaynerlərə sertifikatlar təqdim edildi - FOTOLAR

Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin (Baku Culture and Art Fashion Week) təşkilatçıları Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və Sosioloq, Beynəlxalq Ticarət Məsləhətçisi, AFWEU Fashion Weeks, NextGen Group və Atlas Group-un təsisçisi və sahibi Aydın Açık gənc dizaynerlərə sertifikatlar təqdim ediblər.
Faktor.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini ziyarət edərək, layihədə iştirakına görə 13 ali məktəb yetirməsinə sertifikatlar təqdim olunub. Tədbirlər universitet müəllimlərinin iştirakı ilə keçirib.
Görışdə təşkilatçılar bildiriblər ki, Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya və Türkiyədən olan dizaynerlər, eləcə də yerli gənc istedadlar iştirak ediblər. Əvvəlcə gənc dizaynerlərin ən yaxşı əsərləri AFWEU Fashion Week Atlas Moda Həftəsində təqdim olunmalı idi, amma sonra qərar qəbul olundu ki, hər kəsə belə bir şans yaradılsın. Görüşdə gənclərin moda sənayesi sahəsində öz qabiliyyətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
29-30 may tarixlərində keçiriləcək AFWEU Fashion Week Atlas gənc dizaynerlərin iştirakına dəvət əlamətdar hadisə oldu, heç bir vəsait ödəmədən!
29-30 may tarixlərində keçiriləcək AFWEU Fashion Week Atlas gənc dizaynerlərin iştirakına dəvət əlamətdar hadisə oldu, heç bir vəsait ödəmədən!
Beləliklə, gənc istedadlar Türkiyədə beynəlxalq moda həftəsində tanınmış dizaynerlər ilə bərabər öz kolleksiyalarını təqdim edə bıləcəklər! Aydın Açıkın və Gülnarə Xəlilovanın gənc dizaynerlərə belə bir önəmli dəstəyi və beynəlxalq təcrübə qazanması alqışa layiqdir.


