Rövşən Abdullaoğlunun kitabları Naxçıvanda xeyli marağa səbəb oldu - FOTOLAR

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmiş ikinci Kitab festivalı keçirilib.
Faktor.az xəbər verir ki, Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan Kitab Sərgisi 2025” dəyərli yazıçı, şair və nəşrləri ilə sevimli oxucuları ilə görüşüb.
Festivalda yazıçı, psixoloq Rövşən Abdullaoğlu, “Qədim Qala” nəşriyyatın direktoru Şöhlət İxtiyaroğlu iştirak etmişdir.

Oxuculara təqdim edilən Rövşən Abdullaoğlunun kitabları xeyli marağa səbəb olmuşdur.
Məlumat üçün bildirək ki, Rövşən Abdullaoğlu, motivasiya, psixologiya, fəlsəfə, teologiya və roman janrında indiyədək 30-dan çox kitab yazmışdır. Kitablarında oxucularına ilham vermək üçün səyahətlərindən topladığı maraqlı faktları və təəssüratları paylaşır. Müəllif, eyni zamanda, fərdi inkişaf və motivasiya mövzularında təlimlər keçirərək, geniş izləyici kütləsi ilə aktiv ünsiyyətdədir.
Rövşən Abdullaoğlu unikal motivasiya kitabları ilə geniş oxucu auditoriyasının diqqətini qazanıb. Şərq və Qərb psixologiyasını teoloji yanaşmalarla birləşdirən müəllifin məşhur kitabları arasında “Arxadakı körpüləri yandırın”, “Hər bir insan hökmdardır”, “Çətin olsa da, həyat davam edir”, “Üsyan” və “Qorxular” yer alır. Xüsusilə, “Çətin olsa da, həyat davam edir” kitabı Türkiyədə də nəşr olunaraq böyük populyarlıq qazanmışdır.